Qarpız mövsümü: Kimlər qorunmalıdır?



Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.

Bu pozulmalar hansılardır?

1. Analoq.az bildirir ki, 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.

6. Hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.

7. Beş yaşına qədər uşaqların qarpız yeməsi məsləhət görülmür.

Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi