Siyasi mühacir” məsələsi şişdi və partladı!



Sosial şəbəkələrdə Əli Kərimliyə və adamlarına “moşennik” ittihamı

Artıq dünəndən Fransada “siyasi mühacir” adı altında yaşayan AXCP gənclər komitəsinin fəalı Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində viza almaq üçün aralarındakı telefon danışığının səs yazısı yayılıb və həmin səs yazısından da məlum olur ki, T.Azərtür hər vəchlə qarşı tərəfdən pul qoparmağa cəhd göstərir. Əldə edilən audioyazıdan göründüyü kimi, T.Azərtütk viza rüşvətini yarı-yarı ödənilməsini istəyir və 15gün, yaxud bir ay sonra sənədi alacağını vəd edir. SİA olaraq, həmin söhbətin maraq doğuracaq bir hissəsini təqdim edirik.

Türkel Azərtürk:

Gələn ay mini verə biləriksə, 1700 "dalşe"də 500-200. İndidən deməyimiz daha yaxşı olardı. 15 gündən sonra, bir aydan sonra o sənədi alardıq. Biri var gələn ay verək, o biri ay alaq sənədi. O baxımdan deyirəm mən ki, sənədi 1 ay tez almış olacağıq. Yoxsa, yenə deyirəm, yazmışam bir də deyirəm. Sən öz haqq-hesabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdir, bu qədər ata bilirəm. Başa düşürsən, o baxımdan deyirəm ki, sən fikrini de mən bilim.

Mühacir:

Mən ona nəyi izah elədim. Dedim ki, qaqa, gələcəksən, burada vəkil bahadır. Gələcəksən bura 350-400 dollar düzəldirsən, gəlirsən bura. Aparırsan vəkilə 3000-2500-2000, nə qədərsə verirsən. Təzədən səhəri gün sənəd düzəldir. Dublin məsələsinə baxır. Hələ söz də vermir ki, yüzdə-yüz sənin üçün bu dublin məsələsini qüvvədən salacağam. Söz vermir. İşə baxıram da çalışacam qanunla həll edim. Amma olmayacaqsa da, olmayacaq. Mən yenə pulumu alacam. Fakt da bu pulu burada xərcləyəcəksənsə, elə get qardaşım, 1200-1300 nə qədərdirsə, düzəməlli-başlı birbaşa alman vizası al. Həm 6-7 ay Dublin prosedurun getməsin, vaxtın uzanmasın, həm də rahat otur, intervyünü gözlə. Həm də ki, vəkilə pulu onsuz da verəcəksənsə o pulu, olmasa heç vermə də. İzah elədim. İndi görüm məndən soruşdu ki, neçəyə düzəlir? Mən dedim ki, qaqa, bunun ən aşağısı bu işi üç nəfərə yəni, uşağı, ailəsi, özü gələcəklər 3500 dollara. Dedim indi ucuz tapa bilirsənsə yaxşı tap, tapa bilmirsənsə belə et. Mənə elə ciddi fərq eləmir.

Prosto ki, mən sənə görə deyirəm ki, niyə gəlib burada əziyyət çəkəsən...? onu mən özüm də ucuz edib gələrdim. Sadəcə fikirləşdim ki, niyə əziyyət çəkim?! Getdim birbaşa viza aldım gəldim. İndi izah elədim, yenə də məsləhət onun özünündür. Durub onu məcbur edə bilmirsən, deyərəm, fikirləşər ki, türk yəqin 3500 deyirsə, deməli oradan 2500 qazanır... Elə ona görə deyirəm ki, məsləhət özünündür, baxsın. Hər halda gələndə də özü görəcək ki, vəziyyət necədir. Yenə də cəbhəçidir, özümüzünküdür, yaxın uşaqdır, qardaşıdır ona görə... yenə məsləhət özünə qalır...
Bu biri işə gəlincə, yəni sənin işinə, indi mən onu söz verə bilmirəm ki, 3 aya olar-olmaz, necə olar... Vəziyyət bəlkə 2-3 aya dəyişər, bəlkə 2 aya o qardaşı işdən çıxararlar, o prokurorluqdakı qardaşı; bəlkə oradan sənəd gəlməsi mümkünsüz olar. Məsələn, indi mənə deyirlər ki, sən dediyin kimi, o sərhədi bağlayıblar. Ciddi yoxlama filan, ora-bura. Hətta diplomatik korpusun öz nümayəndələrini belə ciddi yoxlayıb hər şeyi buraxmır. Bilmirəm nə hoqqadır, niyə belə eləyirlər, müharibə eləyirlər guya ki, bilmirəm, amma vəziyyət budur. İndi bilmirəm yəni qaqam, o vaxta o sənəd məsələləri necə olar, gəlib çıxar-çıxmaz, o qardaş özü yaşayar, ölər, bəlkə də problemi olar heç gətirə bilməz. Yəni onları mən indidən durum sənə söz verim, arxayın eləyim, onu mən yalan danışmış olaram. Qaqaş, mən ona görə risk edə bilmərəm, sənə deyim, sonra heç cür eləyə bilməyim. Mən də belə qalam, sən də belənçik alasan. Sonra deyəsən ki ay Türkel, o vaxtı tapıb eləyərdin də bir təhər, bu vaxtı deyirsən ki, alınmır mən sənə arxayın oldum. Ya başqa yerdən, başqa adamla düzəldərdim. Ona görə mən qalıram belə, sənə heç bir söz verə bilməyəcəm. Bu gün mümkündür hə, bu gün üçün deyə bilirəm. Amma sabahkı gün üçün deyə bilmirəm.

Avropada şəbəkə şəklində fəaliyyət göstərən bu toplum pul-para əldə etmək üçün əllərində olan bütün vasitələrdən maksimum şəkildə istifadə edərək, fırıldaqların tam mərkəzində yerləşirlər

Onu da qeyd edək ki, bu məsələdə bilavasitə AXCP sədri Əli Kərimlinin “mühacir biznesi” ifşa olunur və onu da xatırlatsaq ki, həmin biznesdə onun Avropadakı sağ əllərindən biri də məhz T.Azərtürkdür bu zaman daha nəyisə izah etməyə ehtiyac qalmır. Belə ki, bu məsələdə Əli Kərimlidən başqa hər kəsi tənqid, təhqir edən, ailəsinə qədər söyən AXCP-çilərdən daha birinin qanunsuz mühacirət alverində iştirakı sübuta yetirilib. Eyni zamanda məlum olur ki, Avropada şəbəkə şəklində fəaliyyət göstərən bu toplum pul-para əldə etmək üçün əllərində olan bütün vasitələrdən maksimum şəkildə istifadə edərək, fırıldaqların tam mərkəzində yerləşirlər. Daha öncələr də SİA olaraq bu barədə çoxsaylı informasiyalarla, təhlillərlə çıxış etmişik.

Bunlar bir cinayətkar şəbəkədirlər

Bu arada, audioyazının youtube sosial şəbəkəsində yayılmasından sonra, bir çox şərhlər diqqət çəlb edib. Misal üçün, Adil Əliyev adlı istifadəçi yazır ki, bunun, yəni T.Azərtürkün şəriki AXCP fəalı Fikrət Hüseynovdur: “Avropada oturub saxta möhürlər düzəltdirib Ukraynada özünə. Hamıya da 800-900 avrodan bu sənədləri satır. Bunlar bir cinayətkar şəbəkədirlər”.

Salim Haji adlı istifadəçi isə öz rəyində yazıb: “Türkel hələ bir ara Əli Kərimlinin imzası və möhürü ilə də sənəd satırdı. Çox dələduz adamdır”.

Rauf İsmayılov isə rəy yazaraq bildirib ki, bu cür hallar tez-tez baş verir: “Yeni bir şey deyil ki. AXCP də Müsavat da xaricə mühacir göndərmək biznesi ilə məşğuldurlar. Partiya vəsiqəsi satırlar. Utanmırlar. Bunların, liderləri Əli Kərimli, Arif Hacılı danışanda vətən dövlət deyirlər. Amma hamısı saxtadır. Alverçidirlər. Gör nə işlə məşğuldurlar. Yaxşı ki, sizin əlinizdə hakimiyyət yoxdur”.

Beləliklə, Əli Kərimlinin “siyasi mühacir” biznesi ətrafındakı faktlar daha aşkar şəkildə üzə çıxır və bu faktların danılmazlığına isə qətiyyən şübhə qalmır.
Digər şərhləri də təqdim etdiyimiz materialda oxuya bilərsiniz. sia.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi