"Elçibəyin düşmənlərini özünə dost tutan Kərimli..."-AXCP-dən Leyla Yunusa cavab



"Milli Azadlıq Hərəkatının aparıcı lideri olmuş Əbülfəz Elçibəy haqda hədyan danışanlar, eks-prezidenti agentlikdə ittiham edənlər əslində özləri qaranlıq talehin, qara keçmişli ləkəli arxivlilərdir".

Bunu AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Leyla Yunusun Əbülfəz Elçibəylə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, insanlar niyyətləri ilə deyil, əməlləri ilə qiymətləndirilir: "Elçibəyin bu xalq üçün etdiyi və etmək arzusunda olduğu işlər hamımıza çox aydın şəkildə məlumdur. Qərbin agenti olanlar isə başqalarını da o cür güman edirlər. Məhz Leyla Yunusu fitilləyən Milli Şura və Əli Kərimli Elçibəyin qədrini, qiymətini haradan bilcəkdi.

Hakimiyyəti dövründə ona xəyanət edənlər, partiyasını parçalayanlar bu gün Leyla Yunuslara da meydan verərlər. Tanınmış şair Ramiz Rövşən demişkən “Hər yerindən duran bir daş atır”. Unutmaq olmaz ki, daşı da bar verən ağaca atarlar. Leyla Yunusun beyni Elçibəyi anlaya, tanıya, qavraya bilməz.

Hətta Əli Kərimli belə, Elçibəyi anlamaqda korluq çəkir. Ömür boyu Güney məsələsi uğrunda canından, qanından keçən Əbülfəz Elçibəyin türkçülük ideyalarını yaşatmaq əvəzinə, onu söndürməyə, unutdurmağa çalışan, Elçibəyin düşmənlərini özünə dost tutan Kərimli bu dəfə də başqalarını dili ilə içindəkini deyəsən ictimailəşdirir.
Elçibəy haqqında qara fikirlər söyləyənlərin cəzasını zaman və xalq özü verəcək.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi