Azeurotel-ə şanlı məktub



Əziz Azeurotel, əvvala salam!

Vəsaniyən sizə bir məruzatım var. Əxiyi-mehriban, hər ayın əvvəllində xidmət haqqını dinar-dinar alırsan? Alırsan! Nə az, nə azacıq, düz 18 manat. Əgər işdi-şayət, bir gün gecikdirsəm, əlbəl xarici aləmlə bağlantını kəsirsən. Sənin bu zəif surətinə bizim təsirimiz nə ola bilər? Bəlkə yolunu anladasan?

Nuri-eynim, əsəblərimi güclə cilovlayıram. Yoxsa eşşək gətir, mərəkə yüklə. Belə olmaz axı! Hər gün ya interneti olmur, ya da ödədiyim pul qarşılığında "sürünən internet" verirsən.

Və salisən, heç bilirsən biz bu pulu necə qazanırıq? Qələmlə. Qələm haqqını yemək dində də, dünyada da haram sayılır. Lülə-lülə burnundan gələcək.

Vərəbiyyən bildirim ki, olacağım Jurnalistlər binasındadır. Səbayıl rayonu, Yeni Saltan şossesi 22-də. Qəşəng bilirsən ki, sözümdə xilaf yoxdur. Çünki, bütün göstəricilər qarşındadır.

Bu qədər ərzi-haldan sonra problemin haçan öz həllini tapacağını öyrənmək istəyirəm.

Vəxəmsən... Mən Nizami deyiləm ki, xəmsə yazam. Zəhmət çək, interneti gücləndir! Yoxsa səni heç bir vəkil qurtara bilməyəcək.

Vəssalam!

Ənvər Çingizoğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi