Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinq qrupuna Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri Okonnor daxil olublar. Monitorinq qrupu ilk öncə Ağdam rayon İcra Hakimiyyətində olub, İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovla görüşüblər. Rayon İcra Hakimiyyətinin başçısı cəbhə xəttində baş verənlərlə bağlı qonaqlara geniş məlumat verərək bildirmişdir ki, hazırda təsərrüfat vaxdı olduğu üçün sakinlər cəbhə xəttinə yaxın ərazilərdə olan torpaq sahələrində əkin-biçinlə normal məşğul ola bilmirlər. Bundan başqa son zamanlar düşmən tərəfindən neytralda olan ərazilərdə yanğınlar törədərək təsərrüfata ciddi ziyan vururlar.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi