Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İkinci Baharlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.



Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İkinci Baharlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Qəsəbə sakinlərindən İsmayılova Elmira, Rüstəmova Zümrüd, Zeynalov İsa, İbişov Novruz və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrinin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə suvarma suyuna olan tələbat, qəsəbə yolunun təmirə ehtiyacının olması, iş, sosial məsələlər və digər şəxsi problemlərinin həll olunmasına ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov tərəfindən yerində həll edilib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində göstərişlər verilərək onların həlli prosesi nəzarətə götürülmüşdür.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi