Ağdamda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub



Ağdam rayon İcra Hakimiyyətinin akt zalında Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edənlər Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik ediblər. Bildiriblər ki, Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalayıb. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdır.
Çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim edilib.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi