"Mənim adım Mübarizdir, mən Mubarizəni severim bunu unutmayın"-Mübariz Mənsimov



Ötən gecə saat göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADEh” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub.

Hadisədən sonra mətbuata açıqlama verən "Palmali” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva bildirib ki , “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir.

“Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi".

F.Quliyeva bildirib ki, bəzi KİV-lərin gəminin köhnə olması və batması barədə yazdıqlarını təkzib edib:

"Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. VURĞULAYIRIQ: “MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiniz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”

Bu gün isə "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov facebook hesabında hadisəylə bağlı status paylaşıb.Analoq.az həmin statusu olduğu kimi təqdim edir:

Sizə son xəbərləri verim: “MAMMAD AMİN RESULZADE” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib. Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şaddıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yükludür, gah da yaziblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? “Gəmi köhnədir” yazırsız… Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yeni “MAMMAD AMİN RESULZADE” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək. “MAMMAD AMİN RESULZADE” adı nədən sizə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün siz nə etmisiz?! Bu gəmi Çox böyük bir şirkətlə mügavile bağlanmışdı ve buna əsasən, gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq. Haşiyəyə çıxıb bir mühüm məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə məhz indi gəmiyə “MAMMAD AMİN RESULZADE” adı qoyulur? Cavab çox sadədir. “Palmali” şirkəti hələ 1996-cı ildə aldığı “Omsk” adlı gəminin adını dəyişdirərək “Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni, “Palmali”nin ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi “Kend Shipping” şirkətinə satıldı. Ona görə yazdığınız mənasız xəbərlərə görə, minnətdaram, sayənizdə gözel cavabınızı da aldınız. Söz qalmadı sizə deməsinlər. El gözü tərəzidir və sadə insanlar sizin çirkin əməllərinizə qarşı yağdırdıqları nifrət, qəzəb dolu sözləri ilə bir daha sübut etdilər ki, bu tərəzidə sizin mənəviyyatınız, kişiliyiniz, mənliyiniz sıfırdan yuxarı qalxmağa qadir deyil. Deyirsiz ki, gəmilərə görkəmli şəxsiyyətlərin adlarını verməklə özümü reklam edirəm. Amma bunu bilin ki, men sizin səviyyənizdə deyiləm. Mən hər zaman, nə qədər ki, sağam, vətənimə xalqıma xidmət edəcəm. Bu qədər ucuz olmayın, bir Müharibədirsə, onu da kişi kimi aparın, belə ucuz və əskik metodlarla deyil. Mənim adım Mübarizdir, mən Mubarizəni severim bunu unutmayın.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi