"Mağaza Qəbələdən gələn xanıma hədiyyə verməkdən imtina etdi"- Tanınmış aparıcı "Avanqard gold"ı fırıldaqçılıqda ittiham etdi



Tanınmış aparıcı Firuzə Cəlilova (Fira) məşhur mağazanı fırıldaqçılıqda ittiham edib.Şəxsi instagram səhifəsində paylaşım edən aparıcı "Avanqard gold" adlı mağazanın onu aldatdığını söyləyib:
"Qurban bayramı ərəfəsində "Avanqard gold" adlı mağaza oyun keçirərək, izləyicilərindən birinə 350 manatlıq hədiyyə vermək istədi. Təklif məndən gəlmişdi. Qalib olan xanım, günlər keçsə də, hədiyyəsini ala bilmədi. Tələb etdilər ki, xanım özü gəlsin. Qalib iki uşağı ilə Qəbələdən Bakıya gəldi, amma mağaza onu aldatdı və hədiyyə verməkdən imtina etdi. Bəhanə gətirdilər ki, Fira özü gəlsin. Mən Bakıda olmadığım üçün gedə bilmədim"


Analoq.az həmin videonu təqdim edir:

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi