AYB-nin sədr müavini vəfat etdi



Azərbaycan Yazıçılar Birliyinin məsul katibi Nazib İbrahimov vəfat edib

Bu haqda Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

Qeyd edək ki,İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədidir.

1957-1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub.

1975-ci və 1990-cı illərdə - Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub."Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisidir.1995-2004-cü illərdə - Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.

2006-cı ildən ömrünün sonuna kimi Azərbaycan Yazıçılar Birliyinin məsul katibi çalışmışdır.

AYB-nin sədr müavini vəfat etdi

Allah rəhmət eləsin.

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi