İcra başçısının oğlu 1.3 milyon dollara mülk aldı



Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb. Bloqqerlər üzə çıxarıblar ki, icra başçısının oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində yerləşir.

Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilir.

Habelə bloqqerlər opencorporates.com saytında A.İsmayılovun direktor vəzifəsində göstərildiyi şirkətin qeydiyyat məlumatlarını da tapıblar.

Nazim İsmayılov 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarının icra hakimiyyəti başçısı olub, hazırda Saatlının icra başçısıdır. Onun və ailə üzvlərinin çoxsaylı mülklərə, sərvətə malik olduğu haqda yerli mətbuatda dəfələrlə yazılıb. İcra başçısının Bakıda bir neçə villasının, çoxsaylı maşınlarının və kommersiya daşınmaz əmlakının olduğu bildirilir. Virtualaz.org

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi