“Əli Kərimli mənim yox, millətin düşmənidir” - Əbülfəz Elçibəy



Son 26 ildə ənənəvi müxalifət düşərgəsində cərəyan edən olaylar barədə həmin dövrləri görən, yaşayan bir çox insanlar var və əsasən, AXCP-də baş verən xəyanətkarlıq hadisələri bu günün özündə də aktual olaraq qalmaqdadır. Xüsusilə, AXC-nin lideri olmuş mərhum Əbülfəz Elçibəyə qarşı yaradılmış yurd qruplaşmasının və qruplaşmanın şefi Ə.Kərimlinin xəyanətləri zaman-zaman fakt şəklində ictimai rəyin diqqətinə çatdırılır. SİA xəbər verir ki, belə faktlardan birini vaxtilə ANS TV-də çalşmış müxbir youtube kanalı vasitəsi ilə ictimailəşdirib. Bu mövzu isə bilavasitə Elçibəyin Əli Kərimliyə olan münasibətinin bariz göstəricisidir.

Əli Kərimlinin rəhbərlik etdiyi "yurd"çular Elçibəyin kabinetini ələ keçirmək istəyirdilər

Məsələ ondadır ki, həmin ərəfələrdə Əbülfəz Elçibəy bir həftəyə yaxın idi ki, ortalıqda görünmürdü və söz yox ki, həmin zamanlarda aparıcı müxalifət partiyasının, eləcə də müxalifətin lideri hesab edilən şəxsin yoxa çıxması ictimai rəyin diqqətindən yayınmamışdı. Müxbir həmin vaxtları belə xatırlayır: “Müxalifət düşərgəsi ilə işləyən jurnalistlər artıq eşitmişdi ki, Elçibəy ağır xəstədir. Lakin bu məlumatı heç kim təsdiqləmirdi. Partiyanın qərargahında cəbhənin klassiklər və "yurd"çular adlanan qanadında qarşıdurmalar pik həddinə çatmışdı. Ə.Kərimlinin rəhbərlik etdiyi "yurd"çular Elçibəyin kabinetini ələ keçirmək istəyirdilər deyə, klassiklər qanadına rəhbərlik edən Mirmahmud Fəttayev (hazırda Mirəlioğlu) və digərləri buna imkan verməmək üçün gecə-gündüz Elçibəyin kabineti qarşısında növbə çəkirdilər. Mətbuat isə Elçibəyin axtarışında idi...”.

Əli Kərimlinin köməkçisi İshaq: “Bağ evinin nömrəsi üç yeddidir, yəni 777”

Beləliklə, yoxa çıxmış AXCP sədrinin yerinin müəyyən olunması üçün, ölkə mətbuatı səfərbər olub və müxtəlif versiyalar ətrafında araşdırmalar aparırdılar. Adıçəkilən telekanalın müxbirinə isə 3 gün vaxt verilir ki, Elçibəyin yerini taparaq, ondan müsahibə alsın. Həmin anı müxbir belə xatırlayır: “O zaman ANS-in rəhbərliyi məni çağırıb qarşıma tapşırıq qoydu ki, nəyin bahasına olursa-olsun, Elçibəyi tapmaq lazımdır. Bunun üçün mənə 3 gün vaxt verildi. Həmin vaxt Əli Kərimlinin İshaq adlı işçisi var idi. O, mətbuatla əlaqələr işinə baxırdı”.

Beləliklə, müxbir ona zəng edir və Elçibəyin yeri ilə bağlı hər hansı məlumat olarsa, ona xəbər verməyini xahiş edir. O, müxbirdən yarım saat vaxt istəyir. Hətta müxbir də inanmırdı ki, Elçibəyin yerini belə tez tapmaq mümkün olacaq. Cəmi 10 dəqiqədən sonra İshaq adlı şəxs müxbirə zəng edərək deyib ki, Elçibəyin yerini ona deyəcək, amma bir şərtlə: "Mənim və Əli Kərimlinin adı olmasın". “Bağdakı evin nömrəsi üç yeddidir, yəni 777”, deyə Əli Kərimlinin köməkçisi İshaq adlı şəxs hətta bağın yerinin Bilgəhdə olduğu da bildirilib. Elə həmin zəngdən sonra müxbir və operator Bilgəh qəsəbəsinə doğru yola düşürlər. Uzun axtarışdan sonra Elçibəyin yaşadığı evin yerini müəyyən edirlər. Evin qapısı qarşısında bəyin "Özbək" ləqəbli qoruması görünür, müxbirlərə bildirir ki, Elçibəy heç kimlə görüşmək istəmir, istirahət edir, ona görə də geri qayıtsınlar. Lakin onlar israrla Elçibəydən müsahibə almaq istədiklərini bildirirlər. Hətta operator evin yaxınlığındakı işıq dirəyinə çıxıb həyəti çəkməyə başlayır. Səs-küyə Elçibəy çıxır, onların içəri buraxılmasını istəyir.

“Bəy bu sözləri mənə deyəndə, Əli Kərimlinin adamının mənə dediyi sözləri yadıma saldım – "sənə deyirəm, amma bizim adımız qətiyyən olmasın"”

Müsahibə əsnasında müxbir müşahidə edir ki, Elçibəyin səhhəti heç də yaxşı deyil və onun səhhətinin pisləşməsinin əsas səbəblərdən biri də Əli Kərimlinin və "yurd" qruplaşmasının xəyanətləridir. “Elçibəyin gözlərinin altı qaralmış, əlləri isə şiş idi. Görünən bu idi ki, onun səhhəti heç də yaxşı deyil”, deyə apardığı müşahidəni qeyd edən edən müxbir Əbülfəz Elçibəyin ona dediyi şok etirafı açıqlayıb. Elçibəy deyib: “Oğlum, müxbirsən, gəlibsən, yaxşı etmisən, bu sənin işindir. Amma sənə bir söz deyim. Mənim yerimi sənə kim deyibsə, o mənim yox, bu millətin düşmənidir. Onu sən də tanıyırsan, mən də. Bunu bil və heç vaxt unutma. Bəy bu sözləri mənə deyəndə, Əli Kərimlinin adamının mənə dediyi sözləri yadıma saldım – "sənə deyirəm, amma bizim adımız qətiyyən olmasın". Operator yaxınlaşanda bəy söhbətin məzmununu dəyişdi. Sözün qısası, mən Əbülfəz Elçibəydən sonuncu müsahibəsini alan jurnalist oldum. Amma o anda bunu bilmirdim”.

Yurdçu qadın: “Elçibəy kimdir ki, Əli bəy haqqında belə sözlər danışır? Sən kimsən ki, belə sözləri efirə verirsən?”

Məhz həmin müsahibədən sonra Elçibəyin səhhəti pisləşib və onu təcili Türkiyəyə aparıblar. Lakin bu, onun sonuncu səfəri olub. Sonrakı hadisələr də Ə.Kərimlinin və adamlarının Elçibəyə qarşı nə qədər antipatik hisslər bəslədiklərinin, ona xəyanət etdiklərinin sübutu olaraq göstərilə bilər. belə ki, müsahibənin səhəri günü müxbir AXCP-nin qərargahına gedəndə Əli Kərimlinin tərəfdarı olan bir qadın ona hücum çəkərək deyib ki, “Elçibəy kimdir ki, Əli bəy haqqında belə sözlər danışır? Sən kimsən ki, belə sözləri efirə verirsən? Klassiklər olmasaydı, həmin qadının əlindən qurtara bilməyəcəydik”.

“Elçibəy Türkiyədən geri qayıtmadı, AXCP parçalandı... Soruşa bilərsiniz ki, nəyə görə mən bu hadisəni xatırlatdım. Mən Əli Kərimlini yaxşı tanıyıram. Dəfələrlə ondan müsahibə almışam. Amma Elçibəyin o sözündən sonra bir daha Əli Kərimlinin otağına ayağımı basmadım, ondan müsahibə almadım. Əli Kərimlinin adını Eçibəy qoyub - “Millətin düşməni”, deyə müxbir qeyd edir. sia.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi