“Tariximizi saxtalaşdıranlar həm dövlət, həm də xalq qarşısında cavab verəcəklər" Bəhruz Quliyev



"Bu gün özlərini "vətənsevər", "demokrat" və s. kimi adlarda zorla ictimai rəyə sırımaq istəyən müxalifət liderləri əvvəlcə öz hakimiyyətləri dönəmində Azərbaycan xalqının və dövlətinin başına açdıqları oyunlarını xatırlayıb tarixi saf-çürük etməli, sonra nə danışdıqlarının fərqində olmalıdırlar". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya tarixi qayıdışından sonra baş verən xaotik vəziyyət, özbaşınalıqlar və vətəndaş müharibəsi təhlükəsi aradam qaldırıldı, o cümlədən, Qarabağ cəbhəsində vəziyyətin xeyrimizə dəyişməsi proseslərinə start verildi: "Bu baxımdan, həmin dövrləri yaşayan, canlı şahidi olan şəxs kimi onu da qeyd etmək istərdim ki, Heydər Əliyevin tarixi qayıdışından sonra Azərbaycan dövlətinin xilas olunan müstəqilliyi de-yure və de-fakto təsdiqləndi. Təsəvvürünüzə gətirin ki, ölkəmiz etnik parçalanmalara məruz qalmaq, federal torpaqlara bölünmək üzrə idi. Separatçılıq toxumları bir sıra regionlarımızı əhatə etməklə yanaşı, rayonlarımız həmin iqtidarın cinayətləri üzündən ermənilərin işğalına məruz qalmaqda idi. Ona görə də, əgər bu gün Əli Kərimli və sairləri öz cinayətlərini, xəyanətlərini Heydər Əliyev hakimiyyətinin üzərinə yıxmağa cəhdlər göstərirlərsə, çox böyük səhvlərə, yanlışlıqlara yol verirlər. Çünki bizm hər birimiz yaxşı bilirik ki, Heydər Əliyev Bakıya geri dönərkən, onun dövlətin idarə olunması üçün mühüm səlahiyyətləri yox idi. Yəni səlahiyyətlər hələ də AXC-Müsavat iqtidarının əlində idi. Prezident Əbülfəz Elçibəy əsas səlahiyyətlərə malik olsa da, ölkənin idarəçiliyində əsas sükan onun komandasındakı şəxslərin əlində cəmlənmişdi. Ordu, güc strukturları, eyni zamanda strateji qərarların qəbul edilməsi üçün fəaliyyət göstərən bir sıra qurumlar Elçibəy hakimiyyətinin nəzarəti altında idi. Qarabağda 7 rayonun işğala məruz qalması da bilavasitə həmin hakimiyyətin naşılığı, xəyanətləri səbəbindən baş verdi. Əgər biz tarixə nəzər salarsaq, kəndə və qəsəbələrin ermənilərin əllərinə keçməsi vaxtını müəyyən edərsək, bir daha buna əmin olar bilərik".

"Hətta belə olan vəziyyətdə Ulu Öndər Heydər Əliyev öz qətiyyəti, iradəsi və siyasi fenomenliyi sayəsində ən ağır siyasi prosesləri aradan qaldırmağa nail oldu. Öncə atəşkəsə nail olundu və buna qədər cəbhədə Horadiz və Cəbrayıl zəfərləri qazanıldı", deyə qeyd edən siyasi ekspert bu zəfərlərin elə də asan əldə eidlmədiyini də bildirib: "Çünki Heydər Əliyev həm də müharibənin nə olduğunu bütün mənalarda bilən, onun aparılması qaydalarını, hərbi taktikalarını anlayan bir general-mayor idi. O, yaxşı bilirdi ki, AXC-Müsavat cütlüyünü qoyduğu ağır fəsadlar qısa müddətdə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də, sülh danışıqlarının başlanılmasına şərait yaradaraq, qan-qadaların qarşısını aldı. O cümlədən, ordumuzun, iqtisadiyyatımızın, sənayemizin gücləndirilməsi üçün özünü və xalqı səfərbər etdi. Bu, Onun uzaqgörənliyinin, siyasi fenomenliyinin bariz göstəricisi idi. Biz bugünkü güclü, qüdrətli Azərbaycanımıza görə, məhz Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Halbuki, özlərini müxalifət lideri adlandıran xəyanətkar qüvvələr öz gülünc, məntiqsiz iddiaları ilə hələ də öz dövrlərinin xəyallarına dalıb, xalqın, dövlətin başına gətirdikləri oyunları bu günkü hakimiyyətin üzərinə yıxmağa cəhd edirlər. Lakin onların eyforiyalarına son qoyulub və xalq da yaxşı bilir, dərk edir ki, irəli sürülən hər bir dırnaqarası iddiaları belələrinin qaranlıq əməllərini daha çox ifşa edəcək".

"Sonda daha bir neçə məqama toxunmaq istərdim", deyə qeyd edən Bəhruz Quliyev xatırladıb ki, əgər bu gün Qarabağda, Naxçıvanda və s. cəbhəyanı və sərhədyanı bölgələrimizdə AXC-Müsavat cütlüyü iqtidarından fərqli olaraq qələbələr əldə edilirsə, regionlarımızda bütün xalqlar eyni hüquqa malikdirlərsə və heç bir ayrıseçkilik yoxdursa, Azərbaycanda sabitlik və inkişaf dinamik şəkildə tərəqqi yolunu tutubsa, ölkəmizin nüfuzu beynəlxalq aləmdə ən mötəbər tribunalarda qəbul edilirsə - bütü bunlara görə hər birimiz bilavasitə Heydər Əliyev siyasətinə minnətdar olmalıyıq: "Bəli, tarixi saxtalaşdırmaq olmaz və söz yox ki, tariximizi saxtalaşdırıb öz bəd, xain əməllərini digərlərinin üzərilərinə atmağa cəhd edənlər vaxtilə törətdikləri oyunbazlıqlarına görə də mütləq həm tarix, həm dövlət, həm də xalq qarşısında cavab verəcəklər". sia.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi