Direktor əliylə yanağımı sığallayıb qəfildən mənə sarıldı -Məktəbdə şok olay...



Analoq.az xəbər verir ki, İzmirdə bir liseydə xadimə işləyən 27 yaşlı qadın məktəbdə kimsə olmayan zaman onu müəllimlər otağına çağıran direktor tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Buca rayonunda baş verən hadisə zamanı xadiməçi H.A. məktəb direktoru E.K tərəfindən cinsi istimara məruz qalmasıyla bağlı şikayət edib. Gənc xanım deyib ki, direktoru onu müəllimlər otağında öpüb. Bildirilir ki, faktla bağlı araşdırmaya başlanılıb və xadiməçi qadın işdən azad edilib.

Xadiməçi qadın isə olanları belə nəql edib:

“Müəllimlər otağına girən kimi direktor əliylə yanağımı sığallayıb qəfildən mənə sarıldı və öpdü. Mən isə özümü itərərək onu itələyib qallarının arasından çıxdım. Direktor yerə yıxıldı. Dərhal məktəbin həyətinə çıxdım və təkrar məktəb binasına girməyə cəsarət etmədim. Direktor isə məktəbin arxa qapısından çıxıb avtomobilinə minərək oranı tərk etdi”.

Bildirilir ki, müəllim xadimədən üzr istəsə də ittihamları qəbul etmir. moderator.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi