"Məni sevməyənlər ayda dövlətə 500 manat cərimə ödəməlidir"- Deputat olmaq istəyən Eşqin Dərya



Sosial şəbəkələrdə videoları ilə populyarlıq qazanan Eşqin Dəryanın növbəti videosu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Deputatlığa namizəd olmaq istəyən intermet fenomeni seçkilərin başlamasına bir ilə yaxın vaxtın olmasına baxmayaraq indidən öz “seçki platforma”sını elan edib.

Parlament seçkilərində iştirak etmək istəyən gənc belə bir müraciətlə çıxış edib: “Salam əziz və dəyərli dostlar. Düşündüm və qərara gəldim ki, mən Eşqin Dərya, bir ildən sonra deputatlığa namizəd olum. Bilirəm, xalq məni seçəcək və bunu istəyir.

Əgər mən deputat seçilərəmsə, məni sevən hər bir ailəyə ayda 500 manat vəsait ayıracağam. Məni sevməyənlər ayda dövlətə 500 manat cərimə ödəməlidir.

Mənə dünyadan yazırlar ki, səni istəyirik, sən dünya statuslu, dünya səviyyəli insansan. Sənə status, taxt-tac daha çox yaraşır.

Xalq istəyir ki, indidən mənə səs versin və məni seçsin. Hələ mən razı deyiləm. Bu yaxınlarda, amma inşallah olacaq. Deputatlığa namizədliyimi verəcəm və seçiləcəyəm”.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi