"Azərbaycanda ifrat yoxsulluq ləğv edilib"-Akademik



Bu gün Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Ziyad Səmədzadə bildirib.

Z. Səmədzadə deyib ki, kölgə iqtisadiyyatına kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil: “Müstəqilliyin ilkin illərində insanları ilk növbədə yaşamaq uğrunda mübarizə aparmaq maraqlandırırdı, bu sahədə uçot, qeydiyyat aparılması mümkün deyildi. Bu gün isə Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5%-ə düşüb. Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib.

Bütün bunlar artıq ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmasını aktual edir. Əgər biz dünyanın Ən aparıcı şirkətləri ilə əməkdaşlıq ediriksə, mühüm beynəlxalq nəqliyyat mərkəzinə çevrilirsə, bu addımların daha güclü, effektli olması üçün şəffaflığın artırılması diqqət mərkəzində olmalıdır”.reportyor.info

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi