Biləsuvar rayonunda polislər azyaşlıları sevindirdi-FOTOLAR



DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları bu il birinci sinifə gedəcək azyaşlıları gətirdikləri hədiyyələrlə sevindiriblər.

RPŞ-nin əməkdaşları aztəminatlı ailələrin yaşadıqları ünvanlara yollanıb və aldıqları geyim, çanta, dərs ləvazimatlarını balacalara təqdim ediblər. Onlara təhsil həyatlarının ilk sevincini yaşadan polislər azyaşlılara dərslərini yaxşı oxumağı, gələcəyin savadlı və sağlam fərdləri olmağı arzu ediblər.

Gözlənilməz hədiyyələrdən sevinc hissi keçirən balacalar isə dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər. Balacalarla yanaşı bu hədiyyələr valideynlərin də sevincinə səbəb olub və onlar göstərilən diqqətə, qayğıya görə Biləsuvar RPŞ-nin əməkdaşlarına və DİN rəhblərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Analoq.az

Biləsuvar rayonunda polislər azyaşlıları sevindirdi-FOTOLAR
Biləsuvar rayonunda polislər azyaşlıları sevindirdi-FOTOLAR
Biləsuvar rayonunda polislər azyaşlıları sevindirdi-FOTOLAR
Biləsuvar rayonunda polislər azyaşlıları sevindirdi-FOTOLARскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi