Jurnalistlərin yardım etdikləri azyaşlı Zəhraya Ombudsman Aparatından dəstək gəldi



Jurnalistlər binasında yaşayan jurnalistlərin azyaşlı Zəhra və onun anası Vüsalə xanıma etdikləri yardım kampaniyası haqqında ,19.09.2019 -cü il tarixində yazı dərc etmişdik.

Yardım kampaniyasına rəhbərlik edən tanınmış jurnalist Elçin Bayramlı bu gün "Facebook" sosial şəbəkəsində status yazaraq qeyd edib ki, balaca Zəhrayla bağlı başladığımız yardım kampaniyasına ilk rəsmi dəstək Ombudsman Aparatından gəldi.

Qeyd edək ki, azyaşlı Zəhraya Qaradağ rayon bələdiyyəsinin sədri Namizəd İsmayılov maddi yardım göstərməklə yanaşı ,Puta qəsəbəsində olan əşyalarının çıxarılıb , 20-ci sahədə yerləşən evlərinə köçürülməsində yük maşını və fəhlələrlə
dəstək olması tədqirəlayiq bir addımdır.

Analoq.az tanınmış jurnalistin paylaşdığı statusu olduğu kimi təqdim edir:

Balaca Zəhranı xilas etmək üçün başladığımız kampaniya öz nəticəsini verdi. Jurnalist binalarının sakinləri xeyli paltar, ərzaq və pulla yardım etdi, uşağın ilkin müaləcəsi üçün dərmanlarını aldıq.

Bu gün də Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Nəcəf Tağıyev zəng elədi, bildirdi ki, Elmira xanım məsələ ilə şəxsən maraqlanır və ana və uşağın problemlərinin həlli üçün nə mümkündür kömək etməyə çalışacaqlar. Səhiyyə Nazirliyi də ətraflı məlumatlandırılacaq.

Danışdıq ki, sabah qan analizinin də nəticəsi məlum olduqdan sonra təkrar əlaqə saxlayaq və uşağın müalicəsi, məktəblə bağlı problemi və ailənin digər problemlərinə kömək edilsin.

Ombudsman Aparatına, şəxsən Elmira xanıma təşəkkürümüzü bildiririk. Qaradağ rayon Bələdiyyəsinin sədri Namizəd müəllimə göstərdiyi köməyə görə minnətdarıq.

Zəhraya demişdim ki qorxma dövlətimiz, xalqımız səni yiyəsiz qoymaz. Belə də oldu. Zəhranı artıq xilas edilmiş və cəmiyyətə qazandırılmış hesab edə bilərik.
Bu işdə əməyi keçən hər kəs sağ olsun, Allah da sizin köməyiniz olsun

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi