Rəfael Cəbrayılov mediakonfransda nə deyəcək?TƏHLİL



Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi və bunu sübut edən audio və videoların ildırım sürətiylə yayılması gündəmin əsas mövzularından biridir.

Real tv - yə açıqlama verən deputat borc qalmaqalıyla bağlı mətbuat konfransı keçirib məsələyə aydınlıq gətirəcəyini də qeyd edib.

Milli Məclisin deputatı Siyavuş Novruzov Real tv-yə borc qalmaqalıyla bağlı bildirib ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir:
“Xalq deputata bu mandatı verib. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər. Hər hansısa şəxsi marağa görə, nəinki şəxsiyyət vəsiqəsini, hansısa sənədi, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir.

Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər, o da ancaq MM sədri təklif verərsə. Bizim daxili nizamnaməyə görə, parlamentin sədri bununla bağlı İntizam Komissiyasına müraciət edir. İntizam Komissiyası da baxır, araşdırır və əgər belə fakt ortaya çıxırsa, o zaman İntizam Komissiyası bunu parlamentə çıxarır.

Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və deputat mandatdan məhrum olunur”.

Çox güman ki, millət vəkili Rəfael Cəbrayılov keçirəcəyi mətbuat konfransında şikayətçilər Təranə Fətəliyeva və Xatirə Nəcəfovaya olan küllü miqdarda borcunu səmimi şəkildə etiraf edəcək. Və yayılan səs yazıları, video görüntülərin də ona aid olduğunu inkar etməyəcək.

Qeyd edək ki, mətbuatda qalmaqallarla ən çox adı hallanan millət vəkillərindən biri də Rəfael Cəbrayılovdur. Bir müddət əvvəl millət vəkili qardaşının idarə etdiyi “Dərhal” MMC tikinti firmasında olan mənzil qalmaqalı da xəbər saytlarının manşetini bəzəyirdi.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi