Vəsiqə qalmaqalından sonra deputat parlamentdə görünmədi



Adı borc və deputatlıq vəsiqəsinin girov qoyulması qalmaqalında hallanan millət vəkili Rafael Cəbrayılov parlamentin payız sessiyasının bu gün öz işinə başlayan ilk plenar toplantısının səhər iclasına qatılmayıb.

Belə ki, məlum qalmaqaldan sonra R. Cəbrayılovun deputatlıq səlahiyyətinin ləğv olunacağı yönündə fikirlər və çağırışlar səslənirdi.

Bir çox deputatlar, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan parlamentarilər R. Cəbrayılovu istefa verməyə səsləyirdi.
Bu səbəbdən də, millət vəkilinin özünün könüllü şəkildə istefa verəcəyi gözlənilirdi.
Deputatın iclasa qatılmaması isə bu ehtimalı daha da gücləndirmiş oldu.Etikxeber.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi