"Tüpürüm sizin partiyanıza da hər şeyə də"-ƏLİ KƏRİMİN GERÇƏK ÜZÜ



Sosial şəbəkələrdə səs yazısı yayılan AXCP üzvü Dilarə Miriyeva partiya daxilində olan haqsızlıqlardan, üzvlərə,ona dəyər verilməməsindən şikayətlənir.Analoq.az AXCP üzvünün yayılan səs yazısının mətnini olduğu kimi təqdim edir:

"Nə oldu? Nərmin Xəlil, Şəbnəm, Türkan orda, Fatimə nə bilim hamı orda hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada "tryapka" kimi istifadə edib atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə Dilarə xanımın da harda canı çıxır - çıxsın. İndiyə qədər nətər idisə elə də sürünsün belə çıxır da. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün sonra da məni "kullanın" atın, belə çıxır da. Çox təsir edib mənə inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamının gətirib üst başa keçirdir Emil Səlimovdu bunun hamısını edən.

Her şeyimi qurban etmişəm bu yolda məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə.

Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan. Hərəsi bir təlimat verir, Dilarə xanım belə elə deyə. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da hər şeyə də. Mən "voobşe" partiyadan çıxıram mənə lazım deyil bu partiya".

Analoq.az

]скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi