Vasim Məmmədəliyev vəfat etdi



Azərbaycanın görkəmli şərqşünas alimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki,Azərbaycan Respublikasının və Dağıstan Respublikasının əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyev vəfat edib.

Məlumat üçün bildirək ki,Məmmədəliyev Vasim Məmmədəli oğlu 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub.1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.

1978 ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə Azərbaycan respublikasının,2003-cü ildə isə Dağıstanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə "Şöhrət" ordeni 2009-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilən görkəmli alim, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib.

Vasim Məmmədəliyev 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.

Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.

Akademik “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.

Allah rəhmət eləsin



Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi