"İcazə vermirlər verməsinlər"-Əli Kərimlinin mühavizəçisinin səs yazısı yayıldı



Sosial şəbəkələrdə AXCP sədrinin mühafizəçisi və ən etibarlı adamlarından biri olan Ruslan Əmirovun icazəsiz və qanunsuz aksiyaya sadə vətəndaşların gəlməməsinə görə onları aşağılayıcı formada təhqir etməsinin şok səs yazısı yayılıb.

Səs yazısından aydın görünür ki, Ruslan Əmirov vətəndaşlara acıqlıdır, onların AXCP-yə dəstək verməməsinə əsəbiləşib, nəticədə vətəndaşlara qarşı tərbiyəsizilk edir.

Daha əvvəl də bəzi AXCP üzvlərinin digər hərəkətləri, səs yazıları, indi də Ruslan Əmirovun səs yazısı bir daha onu göstərir ki, bu – Əli Kərimli başda olmaqla bir dəstə vəhşiləşmiş və adını cəbhəçi qoymuş adamlarda demokratiyanın d-si belə yoxdur, bunları xalqın, sadə vətəndaşların durumları, yaşayışları maraqlandırmır, onlar yalnız və yalnız öz mənfəətlərini güdür, xalqı da öz vəhşiləşmiş dəstələrinin qanunsuz və əxlaqsız əməllərinə alət etmək istəyirlər.


Birinci dəfə deyil ki, bu qaragüruhçular mitinqə gəlməyən adamları təhqir edir, sosial şəbəkələrdə sadə vətəndaşları qızışdıraraq onları qanunsuz əməllər törətməyə təhrik edirlər. Fikir verin, Əli Kərimlinin ən yaxın tərəfdarları yazır ki, “mitinqə gəlməyən namussuzdur”, “özünü kişi hesab edən şəxs mitinqə gəlməlidir” və s. Bir o qalır yazsınlar ki mitinqə gəlməyən “belə belə olsun”. Ancaq əmin olmaq lazımdır ki, bu tərbiyəsizlər üzdə deməsələr də içlərində onu deyəcək əxlaqdadırlar.

Abırı həyası, demokratiya anlayışı olan şəxslər çıxıb barələrində yayılanlara açıqlama verər, səhvini etiraf edər, istefa verər, üzr istəyər və bu kimi digər doğru addımlar atar. Ancaq bu həyasızlaşmış marionetlər hər dəfə belə məlumatlar yayılanda Əli Kərimli başda olmaqla mantajdır, hazırlanıb deyib, günahsız olduqlarını sübut etməyə çalışırlar, necə ki bunu Fuad Qəhrəmanlı, Dilarə Miriyeva olaylarında gördük. Ancaq və lakin…

Ancaq və lakin bunlara deyən biri yoxdur ki, ay manqurtlar, hazırlanma nədir, səs reallıqda sizin özünüzündürsə bunu necə belə cümlə şəklində düzüb qoşmaq olar. Əgər qoşmaq mümkündürsə, sizi niyə edirlər, edən elə birinci vəhşiləşmiş dəstənin başçısı, sosial şəbəkə meneceriniz, layk-dislayk kralı Əli Kərimlinin səsini edərdi də, onun tör-töküntülərindən niyə başlayıb ki?

Ümid edək ki, bu sualı onlara verən və hesabat tələb edən şəxslər mütləq olacaqdır.

Əlavə olaraq bildirək ki, səs yazısı ilə bağlı sosial şəbəkələrdə artıq kəskin mübahisələr başlayıb, sadə vətəndaşlar tərəfindən açıqlamatələb olunur, Ruslan Əmirovun və onun himayəçisi Əli Kərimlinin istefası tələb olunur.Postbaku.biz

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi