20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür



Bu gün Azərbaycanda energetika sahəsində çalışanların peşə bayramı "Energetiklər Günü" qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir.Ölkədə sənaye və yanacaq- energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı isə Sənaye və Energetika Nazirliyidir. Nazirlik öz fəaliyyətində ölkə Konstitusiyasını, qanunlarını, prezidentin fərman və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və nazirliyin Əsasnaməsini rəhbər tutur.

Sənaye və yanacaq-energetika kompleksi mədənçıxarma, emal (neftin və qazınemalı, nəqli və paylanması, kimya, maşınqayırma, metallurgiya, yüngül və digər sənaye sahələrindən), elektrik və istilik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və bu sahələrlə əlaqədar işləri həyata keçirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalamışdır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi