Milli qəhrəmanı təhqir edən Nərmin Şahmarzadəyə 3 il həbs cəzası istənilib



Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə ona 3 il həbs cəzası verilməsi tələb olunub.Meydan.TV-nin xəbərinə görə, bu tələbi oktyabrın 21-də Xətai rayon Məhkəməsində Milli Qəhrəmanın anası Şamama İbrahimovanın vəkili Ramil Rüstəmov səsləndirib.

Məhkəmədə hakim öncə ekspert rəyini təqdim edib. Rəydə Nərmin Şahmarzadənin statuslarında yazdığı "...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun "şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar" kimi qiymətləndirilib.

Nərmin Şahmarzadə rəyin ədalətli olmadığını deyib.

Qarşı tərəf Nərmini həm də Mübariz İbrahimova böhtan atmaqda günahlandırıb. Vəkil Ramil Rüstəmov deyir ki, psixoloq öz statuslarında Milli Qəhrəmanı "günahsız erməniləri öldürməkdə" ittiham edib.

Nərmin Şahmarzadə bu fikirlə razılaşmayıb. O bildirib ki, 1999-2000-ci illərdə doğulan gənclərin bu müharibədə günahı yoxdur və köhnə nəslin əməllərinin bədəlini də onlar ödəməməlidir:

"Təəssüf ki, biz də, onlar da nifrət toxumuyla böyüdülürük. Mən istəyirəm müharibə olmasın, qan tökülməsin. Torpaqlar azad edilməlidirsə də bu, müharibə yoluyla olmamalıdır. Axı bu, çıxış yolu olmayan məsələ deyil".

Ardınca məhkəmə istintaqı başa çatıb. Xüsusi ittihamçının nümayəndəsi çıxışında Nərmin Şahmarzadəyə 3 il həbs cəzası verilməsini istəyib.

Nərminə isə hakim müdafiə çıxışı üçün oktyabrın 23-nə qədər vaxt verib.

Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə ittiham olunan Nərmin Şahmarzadə özünü təqsirli bilmir.


Analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi