"Bizi istəməyən mənfur qüvvələr Azərbaycanda sabitliyi pozmağa can atırlar"-HADİ RƏCƏBLİ



"Ölkəmizdə sosial müdafiə sahəsində və dövlət quruculuu istiqamətində aparılan ardıcıl və geniş miqyaslı islahatlar göz önündədir. Gələn ilin büdcəsinin 40%-nin sosial yönümlü olacağı və son vaxtlar aparılan struktur və kadr dəyişiklikləri bir daha bunu təsdiq edir.

Azərbaycan dövlət başçısı bütün fəaliyyəti dövründə vətəndaşı uca tutur və onun mənafeyi naminə ardıcıl, sistemli, real işlər görür”.Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Şuranın noyabrın 2-də keçirməyə hazırlaşdığı aksiyaya münasibət bildirərkən deyib.

“Nə edəsən ki, bizi istəməyən mənfur qüvvələr bu uğurları gözdən salmağa, Azərbaycanda sabitliyi pozmağa, özbaşınalıq və hərc-mərclik yaratmağa can atırlar. Son vaxtlar radikal müxalifətin sərbəst toplaşmaq və mitinq arzularının həqiqətdən və demokratiyadan nə qədər uzaq olduğu bir daha hamısına və bizə aydın olur. Qadağan olunmuş yerlərdə, şəhərin mərkəzində, əhalinin gur toplaşdığı ünvanlarda icazəsiz sərbəst toplaşmaq və mitinqlər keçirmək arzusunun bir məqsədi var, o da uğurlara kölgə salmaq, xaos yaratmaqdır.

Xalqımız, düşünən ziyalılarımız, iqtidar partiyaları bu yalançı təşəbbüsün əlehinədir və birmənalı tələb edirlər ki, bu adamlar onlar üçün nəzərdə tutulmuş Qaradağ rayonunun ərazisində nəzərdə tutulmuş yerə getsinlər, orada toplaşsınlar. Əks halda onlar yenə də qanunun aliliyinin, Azərbaycan polisinin mövcud qaydalara əməl etmək tələbinin icrasının şahidi olacaq, yerlərində otuzdurulacaqlar.

Bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, bu adamlar, yalançı radikal müxalifət və onların ətrafında toplaşan insanlar Qaradağ rayonu ərazisində ayrılmış yerə gedib öz istəklərini həyata keçirsinlər”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi