Aktrisa Mari Lafore vəfat edib



Fransız aktrisa və müğənni Mari Lafore İsveçrədə vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Point” nəşri aktrisanın ailəsinə istinadən məlumat yayıb.

Aktrisa 80 yaşı qeyd olunduqdan bir ay sonra vəfat edib. M. Laforenin ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, əsl Adı Maytena Mari Brijitt Dumenak olan aktrisa 1960-cı ildə rejissor Rene Klemanın “Parlaq günəşdə” filmində Alen Delonla birgə çəkilib. M. Lafore ifa etdiyi mahnılarla da məşhurdur. Həmin mahnılar sırasında Fransua Ozonun çəkdiyi "8 qadın" filmində səsləndirilən “Mon amour, mon ami”, o cümlədən “Viens, viens”, “Manchester et Liverpool” və digərləri var.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi