Atası və analığı tərəfindən incidilən uşaqların babası ölkə başçısına müraciət ünvanladı-VİDEO





İki azyaşlı oğlan uşağının atası və analığı tərəfindən işgəncələrə məruz qalması son günlər sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmadı.

Azyaşlı uşaqların babası Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən sonra ölkə başçısına, birinci vitse - prezident Mehriban Əliyevaya və aidiyyatı orqanlara müraciət ünvanlayıb.

O, müraciətində bildirib ki, qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O, dünyasını dəyişdi.

Rəhmətə gedən övladımın qoxusunu almaq üçün Zabrat qəsəbəsində nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşırdım. Yeznəmə uşaq kimi yalvardım ki bu körpələri incitməsin. Amma xeyiri olmadı. O qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə işgəncələr verib,qol - qıçını sındırıblar. Bu hadisəni polis bilməsin deyə özlərinin tanıdığı həkimə 50 manat verib müalicə də etdiriblər.

Yeznəm və evləndiyi xanım uşaqların boğazından, ayağından asıblar.Bir sözlə körpələrə dağ çəkiblər,belində siqaret söndürüblər. Barmaqlarını qaynar suya salıblar.

Analoq. az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi