Allah əmr etdi deyən "Cani Dayə" danışdı: "Putindən intiqam aldım"



Allah əmr etdi deyən "Cani Dayə" danışdı: "Putindən intiqam aldım"

Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova dünən məhkəmə zalından çıxarkən jurnalistlərin bunu niyə etdiniz sualına "Allah belə əmr etdi " deyə cavablandırmışdı. Bugün rus mətbuatında "Qanlı Dayə" kimi qələmə verilən Gülçöhrə Bobokulovanın 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alması ilə bağlı məlumatlar yayılıb.
Mətbuat bu xəbəri G. Bobokulovanın atası Bahrəddin Turayevə əsasən verib. Caninin atasının sözlərinə görə, Bobokulova o zaman səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olub. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib. B. Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb. Atasının sözlərinə görə, Bobokulova əvvəllər heç vaxt dayə kimi də çalışmayıb.
İnternetdə yayılan başqa bir videoda isə Bobokulova uşağı Putindən intiqam almaq məqsədilə etdiyini dediyini söyləyir. “Putin qan tökür. Niyə heç kim bu barədə danışmır? Onlar da, balaca uşaqlar da yaşamaq istəyirlər”, - deyə Bobokulova bildirib.
Məsələ ilə bağlı Putinin mətbuat katibi Dimitri Peskov açıqlama verib. " Psixoloji vəziyyəti normal olmayan bir nəfərdən söhbət gedir. Onun sözlərini ruhi xəstə olan bir nəfərin sözləri kimi dəyərləndirin" .скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra Kaufen Bremen cialis 5mg best price Order Progesterone Menopause Medicine