Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Hadisə Azərbaycanda QHT sədri dəhşətli qəzada öldü

Azərbaycanda QHT sədri dəhşətli qəzada öldü

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Analoq.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubitshi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubitshi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu