ƏSAS SƏHİFƏ Hadisə Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Analoq.az xəbər verir ki,DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır

Analoq.az
Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıbскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu