Aeroport yolunda qəza



Aeroport yolunda qəza

Bakıda dəhşətli yol qəzası baş verib. Analoq.az-in Avtosfer.az-a istinadən verdiyi məlumata görə, qəza Aeroport yolunda – «Buta» Palace-a yaxın ərazidə baş verib. «Toyota Prado», «Chevrolet», «Daevoo», 160 nömrəli sərnişin avtobusu və daha bir mikroavtobusun toqquşması nəticəsində onlarla yaralı var. Yaralılar yol kənarındakı çəmənliyə səpəlinib. Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb «Prado»nun yoldan çıxaraq səkidən keçib qarşı yola çıxmasıdır. Hazırda araşdırmalar davam edir.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə zamanı xəsarət alan 11 nəfər Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Yaralıların arasında vəziyyəti orta və ağır olanlar da var. Ölən yoxdur.
Videonu sizə təqdim edirik:

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi