ƏSAS SƏHİFƏ Hadisə Axtarışda olan şəxsdən heroin və metamfetamin aşkar edilərək götürülüb

Axtarışda olan şəxsdən heroin və metamfetamin aşkar edilərək götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Analoq.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) Allahşükür Məmmədov polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Davam etdirilən araşdırmalarla onun yaşadığı ünvana baxış keçirilib, evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır. AZƏRTAC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu