ƏSAS SƏHİFƏ Hadisə Bakı məktəbində valideyn nəzarətçini döydü

Bakı məktəbində valideyn nəzarətçini döydü

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu