Sumqayıtda qətl törədilib.



Sumqayıtda qətl törədilib.


Sumqayıtda 27 yaşlı oğlan yaşadığı evin qarşısında öldürülüb
Faktla bağlı cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ev 6 ünvanında qeydə alınıb.

Həmin evin 8-ci mənzilində yaşayan, 1989-cu il təvəllüdlü Namiq Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti evin qarşısında aşkar edilib.

Hadisəsinin kimin və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

www.oxu.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi