Şəkidə 51 yaşlı qadını it dişlədi



Şəkidə 51 yaşlı qadını it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 9-u günorta saatlarında rayonun Göybulaq kənd sakini, 1965-ci il təvəllüdlü Göyçək Şahmərdan qızı Mahmudova hər iki qolun bilək nahiyəsinin it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 51 yaşlı Göyçək Mahmudovaya öz itləri hücum edib. Göyçək Mahmudovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə peyvənd edilərək evə buraxılıb. Məlumatda bildirilir ki, Göyçək Mahmudovanı dişləyən it onun yaxınları tərəfindən öldürülüb. скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi