Ana 22 yaşlı oğlunu axtarır - işləmək adı ilə evdən çıxdı, itkin düşdü



Ana 22 yaşlı oğlunu axtarır - işləmək adı ilə evdən çıxdı, itkin düşdü

Qaxda gənc oğlan itkin düşüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlayir kənd sakini Arzu Əsgərova Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, oğlu, 24.03.1994-cü il təvəllüdlü, ruhi xəstə olan Yəhyayev Nuzaməddin Oğulbəy oğlu işləmək adı ilə evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.
İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 56 santimetr, qara saçlı, arıq bədən quruluşlu, danışığı qüsurludur.
Nuzaməddin Yəhyayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (02425) 5-23-52 nömrəli şəhər, (050) 379-19-29 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi