13 il həbsxana həyatı yaşayan Azərbaycanlı öldürüldü



13 il həbsxana həyatı yaşayan Azərbaycanlı öldürüldü
53 yaşlı kişi azad ediləndən 2 ay sonra güllələnib.
Rusiyada 13 il həbsxana həyatı keçirən azərbaycanlı azadlığa çıxdıqdan sonra güllələnib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal paytaxtı hesab edilən Sankt-Peterburqun Neva rayonunda qeydə alınıb.

Podvoysk küçəsi ərazisində yolla hərəkətdə olan 2 ay əvvəl azadlığa çıxmış 53 yaşlı Azərbaycan əsilli Yusif Cəbiyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Y. Cəbiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qətl baş verən əraziyə gələn polis müstəntiqləri onun cibindən Lipetsk cəzaçəkmə müəssisəsindən bir müddət əvvəl azad edilməsi barədə arayış aşkar ediblər.

Müəyyən edilib ki, Cəbiyevin ölümü onun 13 il əvvəl törətdiyi cinayətlə bağlıdır. Belə ki, 2003-ci ildə Moskvada pərakəndə ticarətlə məşğul olan Şamil Məmmədov adlı şəxs qətlə yetirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Məmmədovun boyun nahiyəsinə əvvəl bıçaq zərbəsi endirilib, sonra güllələnib olub. Həmin vaxt araşdırma aparan polislər Cəbiyevi şübhəsi üzrə qismində Moskvadakı mənzilində saxlayaraq istintaqa cəlb ediblər.

Daha sonra təqsiri sübuta yetirilən Y. Cəbiyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan sonra isə Cəbiyev Moskvada həyatı üçün təhlükə olacağını düşünərək oraya getməyib. Peterburqa gələn 53 yaşlı azərbaycanlının qisas almaq istəyən şəxslər taparaq qətlə yetiriblər.
Rusiyada analoji hadisə fevralın 10-da da qeydə alınıb. Moskvanın cənub-şərqində bir azərbaycanlı güllələnib. "Privolnaya" küçəsində azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi