Qəhrəman oğru həbs olundu



Abşeron polisi iki il əvvəl baş verən oğurluq hadisəsinin üstünü açıb.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, 2015-ci ilin noyabr ayında Xırdalan şəhərində yaşayan 4 sakin Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evlərinin qarət olunmasından şikayətləniblər.

Məlum olub ki, naməlum şəxs 4 evə girsə də, birindən oğurluq edib. Əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini, 23 yaşlı Kamran İsmayılovu saxlayıblar. O, valideynləri ilə birgə qəsəbədə yaşasa da, iki il əvvəl evlərində tikinti işləri aparıldığından 4 ay Xırdalanda kirayədə qalıblar. Elə oğurluğu da həmin müddət ərzində törədib.

Kamran İsmayılov (saxlanılan şəxs): “Qapıda qıfıl var idi, pəncərədən girdim. Oradan oğurluq etdim. Başqa yerlərə də girdim. Heç nə tapmayıb boş çıxdım. Birindən qızıl və noutbuk götürdüm. 450 manata satdım. Dedim, yəqin, tapa bilməyəcəklər. İki ildən sonra polislər məni tutdu”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam edir.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cephalexin And Birth Control generic cialis Yogurt And Amoxicillin Dosing For Amoxicillin 500mg Cialis Online Kaufen