

Tovuzda usta iş zamanı elektrik mişarla ayağını kəsib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 1975-ci il təvəllüdlü Qarayev Eyvaz usta kimi işlədiyi evdə ehtiyatsızlıq nəticəsində elektrik mişarla ayağını kəsib.
Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafidir.