Yaşadığı evdə keçindi



Bakıda əcnəbi ölkə vətəndaşı ölüb.Analoq.az lent.az-a istinadən xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib.

Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi