Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb



Bakı və Biləsuvarda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Arif Sadıqov və Zamiq Məhərrəmov saxlanılıblar.

Hər bir faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi