Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb



Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 11 ünvanında yaşayan Yusif Həzrət oğlu Zakirov ağır qapalı kəllə-beyn travması və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, Yusif Zakirov yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi