Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub



Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, həmin polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

***

saat 17.26

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır.

Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır. скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi