Anasını öldürən şəxsin cəzası azaldılmadı



Anasını öldürən şəxsin cəzası azaldılmadı

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş Zöhrabov barəsində verilmiş şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.


Qeyd edək ki, qətl keçən il iyul ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S.Zöhrabov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib.

S.Zöhrabov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi