Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirildi



Salyan rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Analoq.az xəbər verir ki, hadisə Şirvan - Salyan yolunda qeydə alınıb.

Salyanın Xələc kənd sakini,1965-ci il təvəllüdlü Səfərov Samit Adil oğlu idarə etdiyi “90 KV 416” dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi