Piyadanı vurandan sonra hadisə yerindən qaçdı



Analoq.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vuraraq hadisə yerindən qaçıb.Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi