Azərbaycanlı samboçunu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir



Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.Open.az rus mətbuatına istinadən xəbər verir ki, o, Aleksandr Babareviçin ölümündə ittiham olunur.

İlk məhkəmə iclası ötən gün keçirilib. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmədə R.İsayev ev dustaqlığına buraxılmasını xahiş edib. Hakimlər onun iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, hadisə fevralın 16-da “Loft” klubunun qarşısında baş verib. 19 yaşlı Aleksandr söyüş söydüyü Ruslanla danışmaq qərarına gəlib.

Bu zaman azərbaycanlı idmançı Aleksandrın başına zərbə endirib. O, aldığı zərbədən yerindəcə dünyasını dəyişib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi