

Onların hər ikisi Füzuli rayonundan məcburi köçkün olan ailənin övladlarıdır və Binəqədi rayonunda yaşayırlar. 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu bacısı, 1997-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızını “Xəqani” bağında bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Qardaşı onu ürəyindən iki dəfə bıçaqlayaraq öldürdükdən sonra hadisə yerindən qaçıb, daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, P. Turabova son günlər gecələr evdən qaçıb gec saatlarda gəlirmiş. Qardaşı Qalib dünən onu izləyib və bacısının həmin yerdə əxlaqsızlıqla məşğul olduğunu görüb. Həmin anda bacısı ilə mübahisə edərək onu öldürüb.
P. Turabova bir müddət əvvəl boşanıb və 1 uşağı var. O, evdən qaçdığı vaxtlar “Arena Pub” adlı kluba gedirmiş.
Analoq.az