Əmisini öldürəndən sonra meyidi yandırdı-Xırdalanda dəhşətli hadisə



Xırdalanda əmisini qətlə yetirib, yandırmaqda təqsirləndirilən Məzahir Şıxməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Analoq.az “oxu.az”a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Hadisə bu il martın 8-də Xırdalan şəhərinin “Gənclər Şəhərciyi” yaşayış kompleksində baş verib. Binada giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi